Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Həyat yoldaşının şəhid olduğu yerin ziyarətini arzulayan Xocalı qadını

0

  • Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli
    və faciəli hadisələrdən biri kimi daxil olmuşdur. Azərbaycan xalqı və onun dövləti
    Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaqdır. Erməni qəsbkarlarının
    insanlığa sığmayan qətllərinin, əsir və girovlara verdikləri amansız və ağlasığmaz işgəncələrinin ifşa olunması, beynəlxalq aləmdə Xocalı soyqırımının düzgün
    təbliğ edilməsi məqsədilə
    mütəmadi
    olaraq soyqırımı şahidlərindən, erməni girovluğunda olmuş həmvətənlərimizdən
    müsahibələr alınmalı, düşmənin
    xisləti, başımıza gətirilən müsibətlər gələcək nəsillərə
    çatdırılmalıdır.  Müsahibim Xocalı soyqırımı şəhidi, “İgidliyə görə” medalı ilə təltif
    edilmiş Allahverdiyev Ziyadxan Salah oğlunun həyat yoldaşı Aidə
    Allahverdiyavadır. Allahverdiyeva Aidə Hilal qızı 1964-cü il iyulun 5-də Ağdam
    rayonunun Qiyaslı kəndində anadan olub. 1987-ci ildə Xocalı rayon sakini
    Ziyadxan Allahverdiyəvlə ailə həyatı qurub. Xocalıda xoşbəxt günlər yaşayan ailənin taleyi 1992-ci
    il fevral ayının 25-dən 26-na keçən o müdhiş gecədə tar-mar olub. Xocalı
    soyqırımı zamanı həyat yoldaşı şəhid olan, qayınatası, bir qaynı, qaynının oğlu
    itkin düşən, iki qaynı, qayınanası erməni girovluğunda olan Aidə Allahverdiyeva
    o müsibətli günləri belə xatırlayır: -  Həyat
    yoldaşım Ziyadxan Xankəndində sürücü işləyirdi. Ermənilər dəfələrlə ona təzyiq
    göstərərək Xankəndində işləməsinə maneə olurdular. Buna baxmayaraq, hadisələrin
    ən qızğın vaxtlarınadək o, işini davam etdirdi. Bir dəfə erməni quldurları Ziyadxanın
    və başqa üç nəfər azərbaycanlının qarşısını kəsərək, onların üzərlərinə benzin
    tökərək yandırmaqları ilə hədələyiblər. Sonralar Xocalı Özünümüdafiə Taboruna
    yazılaraq torpaqlarımızın müdafiəsində dayandı. O, Xocalı uğrunda son nəfəsinədək
    canını sipər etdi və doğulduğu torpaqda şəhidlik məqamına ucaldı.       
    Qayınlarım da torpaqlarımızın keşiyində dayanıblar. Böyük qaynım Mirzə və
    kiçik qaynım Elşən erməni silahlılarına əsir düşüblər. 18 gün erməni zindanında
    işgəncələr görüblər. Mirzənin barmağını “sən bu barmaqlarla bizə güllə atmısan”
    - deyərək, kəsmişdilər. Hər iki qayınımın dişlərini çəngəllə çəkib çıxartmışdılar.
    Qayınanam Allahverdiyeva Məleykə Mövsüm qızı da 1 gün erməni girovluğunda olub.
    Məleykə xala girov düşən vaxtı oğullarının da əsirlərin arasında olduğunu öyrənmişdir.
    Onun gözlərinin qarşısında çoxlu əsir öldürdüklərinə görə övladlarının salamat
    qalacaqlarına inamı qalmayıb. Girovluqda insanların başına gətirilən müsibətləri
    görən ana şükür edib ki, yaxşı ki, mənim gəlinlərim erməni quldurlarına girov düşməyib. Qayınlarım elə bir vəziyyətdə gəlib çıxdılar ki, onları tanımaq
    mümkün deyildi. Aldıqları işgəncələrin yeri, mənəvi zərbələri indi də qalmaqdadır.
    Ziyadxanın şəhid olmasını qardaşları əsirlikdən azad olunduqdan sonra xəbər
    aldılar. Bu xəbər onlar üçün çəkdikləri işgəncələrdən dəhşətli oldu. - Erməni quldurları qayınananızı Xocalının hansı tərəfində
    girov götürüblər? - Qayınanam Məleykə xala, qayınatam Salah kişi, qaynım
    Novruz, Novruzun 18 yaşına çatmamış oğlu Mahir camaatla birgə canlarını
    qurtarmaq üçün Kətik meşəsinə tərəf üz tutublar. Qayınatam Salah kişi İkinci
    Dünya Müharibəsində gözündən əlil olmuşdu. O, camaatdan xeyli arxada qaldığı
    üçün Mahir nənəsinə deyib ki, mən babamı qoyub gedə bilmərəm. Bir qədər sonra
    ermənilər dinc sakinləri gülləbaran ediblər. Camaat pərən-pərən olub. Məlekyə
    xala o güllə yağışından salamat çıxdığına inana bilməyib. Girov götürülən Məleykə
    ana, həyat yoldaşından, oğlundan və nəvəsindən ayrı düşüb. İtkin düşən əzizlərindən
    bir daha xəbər ala bilməyən qayınanamın gözləri ömrünün sonunadək intizar çəkdi.
    - Qeyd etdiniz ki, həyat yoldaşınız Xocalı Özünümüdafiə
    Taborunun üzvü olub...- Bəli, Ziyadxan Allahverdiyev Xocalı Özünümüdafiə
    Taboruna yazılmışdı. O, vətənpəvər, torpağına bağlı, qorxmaz insan idi.
    Soyqırımı axşamı soyuqdan-şaxtadan yeriyə bilməyən, yorulub taqətdən düşən
    qocalara, uşaqlara kömək edib. Düşmənə qarşı layiqincə mübarizə aparıb.Ziyadxanı son dəfə görən həmyerlimiz deyir ki, o, ayağından
    güllə yarası almışdı. Buna baxmayaraq, sonadək avtomatını yerə qoymadı. Döyüş
    zamanı Ziyadxanın yaxınlığında avtomat səsləri eşitdim. Sonra onu görə bilmədim...Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25
    fevral tarixli fərmanı ilə Allahverdiyev Ziyadxan Salah oğlu “İgidliyə görə”
    medalı ilə təltif edilmişdir. Söhbət əsnasında ürəyində 30 ilin ağrı-acısını,
    intizarını daşıyan Aidə Allahverdiyeva göz yaşlarına qərq olaraq Vətən Müharibəsindəki
    şanlı qələbəmizlə şəhidlərimizin qisasının alındığından qürurla danışdı. Qarabağa
    Böyük Qayıdışımızla şəhidlərimizin ruhlarının daha da rahatlıq tapacağını qeyd
    edən Aidə Allahverdiyeva dedi ki, həyat yoldaşının şəhid olduğu yerə gedib həmin
    torpaqdan təsəlli almaq, oranı özünə ziyarət yerinə çevirmək istəyir... Qalib BƏYMƏMMƏDOĞLU       









































     

     

     

     

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib53 dəfə
    Həyat yoldaşının şəhid olduğu yerin ziyarətini arzulayan Xocalı qadını

    Maraqlı gələ bilər
    53
    59
    43